Vakansiya haqqında məlumat:
İnsan Resursları üzrə təcrübə proqramı – BOA Agency
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə BOA Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət
- İş elanlarının hazırlanması, müsahibələrin təşkil olunması, namizədlərin yönləndirilməsi
- CV-lərin toplanması
- Sənədləşmə işlərinin (işçilərlə müqavilələrin bağlanması, tələb olunan sənədlərin toplanması) icrası
Vakant vəzifə üzrə tələblər:
- Universiteti yeni bitirmiş
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri arzu olunandır
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
- Gərgin situasiyalarda emosiyaların idarə etmə bacarıqları
- Yaş həddi: 18-22
- Komanda ilə işləmək bacarıqları
- Ciddi, intizamlı, səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı
- Sənədlərlə işləmək bacarığı
- MS Office proqramlarını bilməli
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 2 gün
- İş saatları I-V saat 09:00-dan 18:00-a qədər.
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
BOA Agency