İnsan Resursları üzrə Baş mütəxəssis | Banco.az
Azkredit

İnsan Resursları üzrə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC İnsan Resursları üzrə Baş mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İR Departamentinin Direktorunun yaxın nəzarəti altında işləyərək, uğurlu namizəd kadr işləri üzrə sənədləşmə prosesinin idarə edilməsi, faydalar administrasiyası və hesabat vermə daxil olmaqla müxtəlif fəaliyyətlərlə məşğul olacaq.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

 Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
• Sənədləşmə prosesi haqqında Departament Direktoruna  müvafiq hesabatlar vermək;
• İR Software proqramı üzrə şəxsi işlərin daxil edilməsini, tamlığını təmin edilməsi;
• İşə qəbul, məzuniyyətlər, işdən azad edilməsi və digər proseslərin rəsmiləşdirilməsi ilə bağlı Regional menecerlər, Filial menecerləri və digər heyətlə birgə çalışmaq, məsləhətlər vermək;
• Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri filialların inzibati işçiləri ilə koordinasiya etmək;
• Departamentin fəaliyyətinin həyata keçilirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək;
• AzərKreditin fəaliyyəti üzrə strateji planda nəzərdə tutulmuş hədəflərə uyğun qarşısına qoyulmuş hədəfləri həyata keçirmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Sosilogiya, psixologiya, iqtisadiyyat və ya menecement sahəsində ali təhsil dərəcəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi;
• İR sahəsində ən azı 3 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 22 iyun 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. 
E-məktubunuzun mövzu hissəsində ‘Senior HR Specialist’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]   Fax: (+994 12) 597 30 39   www.azercredit.az