TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
1. Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);
2. İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;
3. Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;
4. Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;
5. Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
6. Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
1. Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin edir;
2. Palatada əməkdaşlarının təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini həyata keçirir;
3. Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və təhsil prosesinin təşkilini həyata keçirir;
4. Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;
5. Tədrisin effektivliyinin müxtəlif formalarla analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;
6. Palatada yeni işə qəbul edilən işçilərin adaptasiyası prosesini təşkil edir;
7. Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin bu sahədə qabaqcıl təcrübəsini öyrənir;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]