İnsan Resursları layihələrinin idarə edilməsi üzrə mütəxəssis | Banco.az
ABB

İnsan Resursları layihələrinin idarə edilməsi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Azərbaycan Beynəlxalq Bankı” ASC  İnsan Resurslarının idarə edilməsi departamentinə İnsan Resursları layihələrinin idarə edilməsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İnsan Resursları inkişaf proqramlarının hazırlanması və gündəlik icrasının koordinasiyası;
 İnsan Resursları layihə məqsədlərinə uyğun olaraq bankdaxili departamentlərlə və xarici qurumlarla kommunikasiyanın qurulması;
 Görülən işlərin analizi, qiymətləndirmə sistemləri və müntəzəm konsultasiyalar vasitəsilə inkişaf ehtiyaclarının müəyyən olunması;
 Əsas proses göstəricilərinin vaxtında aydın və informativ şəkildə təqdim olunması;
 İnsan Resursları layihə hesabatı mexanizminin hazırlanması və idarə edilməsi;
 Insan Resursları inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
 Bank üçün İnsan Reusrsları prosesləri layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (xaricdə İnsan Resurslarının idarə edilməsi üzrə təhsil üstünlük sayılır);
 İnsan Resursları sahəsində minimum 3 illik təcrübə;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət qabiliyyətinin olması;
 Bu sahədə beynəlxalq sertifikata malik olan, eləcə də İnsan Resurslarının idarə edilməsi sahəsində layihələrdə iştirak etmiş namizədlərə üstünlük veriləcək.

Əlavə keyfiyyətlər:

 İdarəetmə qabiliyyəti;
 Analitik təhlil bacarığı;
 Yaradıcılıq və innovativlik;
 Ünsiyyət bacarığı;
 Vaxtın idarəedilməsi;
 Təqdimat bacarığı;
 Konfliktlərin idarəedilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsan Resursları layihələrinin idarə edilməsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.  Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et