İnsan resursları departamenti, Sənədləşdirmə şöbəsinin mütəxəssisi | Banco.az
Expressbank

İnsan resursları departamenti, Sənədləşdirmə şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması;
  • Əmək müqavilələrinin hazırlanması;
  • Əmək qanunvericiliyinə və İdarə Heyəti sədrinin sərəncam və əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək haqqı və iş rejimi dəyişikliyini, işdən azad edilməsini rəsmiləşdirir, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması;
  • Bank əməkdaşlarının əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyət, əmək və məzuniyyət və s. üzrə əmrlərin sistemə daxil edilməsi, qeydiyyatının aparılması;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Arxivə sənədlərin göndərilməsi üçün qovluqların hazırlanması və hesabatının aparılması;
  • Əmək kitabçalarının qəbulu, əmrlər əsasında doldurulması, müvafiq dəyişikliklərin aparılması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
  • Əmək kitabçalarının və şəxsi işlərin qorunması;
  • Təqaüdlərin təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
  • Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
  • Digər kargüzarlıq işlərinin icra olunması;
  • Departament direktoru və şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Analoji sahədə təcrübə arzuolunandır;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabiliyyəti;

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et