“İnnovasiyalar şöbəsinin mütəxəssisi” | Banco.az
Bank Respublika

“İnnovasiyalar şöbəsinin mütəxəssisi”

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “İnnovasiyalar şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Bank sahəsi üçün müasir informasiya texnologiyalarını araşdırmaq bacarığı;
  • Texniki tapşırıq və təqdimatlar tərtib etmək bacarığı;
  • Open Banking/PSD2 üzrə biliklər;
  • HTTP protokolunun işləmə prinsipi üzrə anlayışlar;
  • RESTful xidmətlər, Open API, OAuth/OpenID və GraphQL üzrə biliklər;
  • XML və JSON formatları üzrə təcrübə;
  • Veb, Mobil və ya İntranet üzrə MV-nin hazırlanması üçün Node.js, React Native, Python (Django), PHP/MySQL, Flutter və ya Ionic proqramlaşdırma dillərindən hər hansı biri ilə təcrübə;
  • API strategiyası, Bulud (Cloud) texnologiyaları və platformaların ekosistemi üzrə məlumatlılıq;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili əla, Rus dili arzuolunandır;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İnnovasiyalar şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər: (https://www.bankrespublika.az/user/az/login)

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et