İNFRASTRUKTUR ÜZRƏ KOORDİNATOR
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün İNFRASTRUKTUR ÜZRƏ KOORDİNATOR vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
MƏQSƏD:
“FİNCA Azerbaijan”-nın İnzibati Şöbəsinin öz başlıca iş funksiyalarını yerinə yetirə bilməsi üçün Infrastruktur üzrə Koordinator təşkilatın filialları üçün ofis variantları tapmalı və üzərində işləməlidir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİNƏ DAXİLDİR:
İnzibati Şöbəyə daxil olmuş sifariş əsasında xüsusi təyinat üzrə ofislər axtarmaq;
Seçilmiş obyektə səfər edib hüquqi, texniki, fiziki vəziyyətini dəyərləndirmək, lazımı təkliflər vermək
Ofisin korporativ standartlarına uyğun təmir edilməsi üçün tələb olunan işləri görmək.
TƏLƏB OLUNAN BILIK VƏ BACARIQLAR:
Ali təhsil;
Təmir və tikinti sahəsində təcrübə;
Ümumi komputer bilikləri (MS Office);
Dəqiqlilik, diqqətlilik, yüksək səviyyədə ünsiyyət qurmaq, danışıqlar aparmaq qabiliyyəti;
Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
Düzgünlüyü sevən və məsuliyyətli olmalıdır.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı və ya CV 20 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz;
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87