İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem Administratoru | Banco.az
Xalq Bank

İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem Administratoru

Vakansiya haqqında məlumat: 

 

İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem Administratoru

Namizədə tələblər:

• Ali (magistr) texniki təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar;
• Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
• LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
• Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
• Cisco sertifikatların movcudluğu (CCNA arzuolunandır);
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İşin təsviri:

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Tələblərə uyğun olan namizədlərdən "Mövzu" qismində müraciət edilən vakansiyanın adının qeyd olunmaq şərti ilə “Xalq” Bankın CV formasını dolduraraq [email protected] mailinə göndərmələri tələb olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et