İnformasiya Texnologiyaları departamentinə Scrum master | Banco.az
ABB

İnformasiya Texnologiyaları departamentinə Scrum master

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı İnformasiya Texnologiyaları departamentinə Scrum master axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 Görəcəyiniz işlər:

  • Agile/Scrum çərçivəsində proqram təminatının hazırlanması layihələrinin çevik idarə etmə prinsipləri ilə icra edilməsini təmin etmək;
  • Müəssisənin və sifarişçinin tələbləri əsasında layihə Sprint-lərinin zamanında və keyfiyyətli icrasına dəstək və istiqamət vermək;
  • Scrum komandasını keyfiyyətli məhsulun hazırlanması istiqamətində düzgün yönləndirərək, onu özünü idarə prinsipləri əsasında eləcə də qərar vermə, qərar qəbul etmə və konfliktlərin dərhal və yerində edilən müzakirələr  əsasında aradan qaldırılması kimi qarşılıqlı və sıx əməkdaşlığa təşviq etmək;
  • Sifarişçi və müəssisə rəhbərlərinin fikirlərinin, planlarının və tələblərinin Scrum komanda üzvlərinə şaffaf və dəqiqliklə çatdırılmasından, eləcə də daxili və xarici kommunikasiyanın effektiv, düzgün qurulmasından əmin olmaq və bunu təmin etmək;
  • Məhsulun hazırlanmasında Scrum komanda üçün mütəmadi inkişaf modeli ilə izlənən və dəstəklənən rahat iş mühitinin formalaşdırılması, yaranan çətinliklərin rəhbərlik ilə komunikasiya edilərək aradan qaldırılması, eləcə də komanda üzvlərinin bilik boşluqlarının aşkar edilməsi, komandanın təlimləndirilməsi və ya ehtiyac olan texniki və insan resurslarının təmin və cəlb edilməsini təşkil etmək;
  • Sprintlərin planlaşdırılması, gündəlik Scrum və retrospektiv görüşləri təşkil etmək;
  • Məhsul sahibinə (PO) məhsul backlog-larının hazırlanmasında və sprint qaçışlarında (sprint running) dəstək vermək;
  • Komandaya dəyişikliklərin effektiv tətbiqi istiqamətində dəstək vermək;
  • Hər Sprintin sonunda nəticələrin keyfiyyət standartlarına cavab verdiyindən əmin olmaq.

Bizim üçün ideal namizəd:

  • Minimum 1 il iş təcrübəsinə malikdir;
  • İnformasiya Texnologiyaları və ya Kompüter elmləri üzrə ali təhsillidir;
  • Ekstrim Proqramlaşdırma (XP), Kanban, Özəllik əsaslı Proqramlaşdırma (FDD), Crystal kimi digər Agile yanaşmaları haqqında biliklərə;
  • Davamlı inteqrasiya (CI), Davamlı Testlərin aparılması (CT), istifadəçi tarixçələri (User Stories), Qəbul testi əsaslı proqramlaşdırma (ATDD), Test əsaslı proqramlaşdırma (TDD), Cüt proqramlaşdırma kimi Agile idarəetmə texnikalarına bələd və hər hansı biri üzrə (və ya bir neçəsi) praktiki biliklərə;
  • Proqramlaşdırma dilləri və tətbiq istiqamətləri, eləcə də tətbiq proseslərinin icra edildiyi sistemlər haqqında ümumi biliklərə;
  • DevOps metodologiyası haqqında ümumi biliklərə;
  • Scrum prinsiplərinin tətbiqində, nəzəri və praktiki biliklərə sahibdir (Scrum Master sertifikatı (CSM, PSM I)  arzuolunandır);
  • Liderlik və mentorluq və təşviq etmə bacarıqlarına malikdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum master (İT)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et