İnformasiya təhlükəsizliyi və İT riskləri üzrə baş mütəxəssis | Banco.az

İnformasiya təhlükəsizliyi və İT riskləri üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PASHA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində İnformasiya təhlükəsizliyi və İT riskləri üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• İT, əməliyyat və biznes risklərini, eyni zamanda funksiyaları və fəaliyyətləri nəzərdən keçirir və təklif olunan həllərin təyinatını müəyyən etmək və tövsiyə etmək üçün onların təsirlərinin qiymətləndirilməsi;
• Risklərin qiymətləndirmə vasitələrini, texnologiyaları və metodları sahəsində ilkin biliklər;
• Mövcud təhlükəsizlik sistemlərinin təhlili, eyni zamanda dəyişikliklər və ya təkmilləşdirilmə üçün tövsiyələrin verilməsi;
• Fəlakətin nəticələrinin aradan qaldırılması, kompüter mühakiməsi, kompüter texnologiyaları və metodlarına dair biliklər;
• Şirkət üçün təhlükəsizlik standartlarının və ən yaxşı praktikaların tətbiq edilməsi və təhlükəsizlik təkmilləşdirilmələrininin təklif edilməsi;
• Təhlükəsizlik pozuntuları və pozuntuların yaratdığı zərərin dərəcəsini təsdiq edən hesabatların hazırlanması;
• Müxtəlif texniki vahidlərin fəaliyyətlərini koordinasiya edir və yönləndirir: informasiya təhlükəsizliyi məsələləri və prosedurları; İT nəzarətinin hazırki vəziyyətinə dair qiymətləndirmələri nəzərdən keçirir və təqdim edir;
• Məlumat fayllarının monitorinqi və təhlükəsiz informasiya sisteminə girişin tənzimlənməsi;
• Şirkətin təhlükəsizlik sahəsində maarifləndirilməsinə və əlaqəli fəaliyyət üçün cavabdehlik daşıyır;
• Təhlükəsizlik siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət edir;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İnformatika, kompüter bilikləri, idarəçilik və informasiya sistemləri sahəsində ali təhsil;
• İT və/və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi;
• Məhsul biliyi: *nix əsaslı OS, Microsoft Windows məhsulları, Networking, Firewalls, Proqram təminatının təhlükəsizliyi, Virtualizasiya, ERP sistemləri, məlumat bazası və ehtiyat nüsxələrinin saxlancı sistemləri haqqında məlumatlılıq;
• Məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliklərin idarəedilməsi, biznesin bərpa edilməsi praktikası v netvörk texnikası kimi təhlükəsizlik və nəzarət riskləri də daxil olmaqla informasiya sistemləri, ilə əlaqəli konseptlər haqqında anlayışın olması;
• CRISC, CISM, CISSP, ISO/IEC 27005 Risklərin idarəedilməsi və ya informasiya texnologiyaları sənayesinə aid Sertifikatlaşdırılmış netvörk mühəndisliyi, Sertifikatlaşdırılmış təhlükəsizlik mütəxəssisi və ya bu kimi digər sertifikasiyaların olması;
• BankSığorta sənayesi sahəsində bilik və iş təcrübəsi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İnformasiya təhlükəsizliyi və İT riskləri üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 15 oktyabr, 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et