İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Giriş icazələrinin idarə olunması siyasəti və giriş nəzarət mexanizmlərinə əsasən fiziki daxil olmaqla identiklik və girişə nəzarət;
• Proqram və avadanlıq inventar yoxlamalarının təmin edilməsi;
• Dövri təhlükəsizlik yoxlamalarının aparılması;
• Biznes üçün kritik məlumatın inventar, təsnifat və identikliyinin müəyyən olunması;
• Məlumat itkisinin qarşısının alınmasına nəzarət və davamlı olaraq təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
• Bütün biznes prosesləri, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
• İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
• Tənzimləyici uyğunluqların təmin olunması və beynəlxalq təcrübələrə əsaslanan təhlükəsizlik nəzarətlərinin quraşdırılması;
• Texniki sənədlərin tərtib olunması;
• Dövri və tələb olunan hesabatların təqdim olunması;
• Daxili və xarici siyasət/proseslərə riayət olunmasına nəzarət.

Sizdən nə tələb olunur?

• Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahə üzrə ən az 3 il
• Lisenziya / Sertifikat: CompTIA Security+ və ya digər başlanğıc səviyyəli sertifikat
• Xarici dillər: İngilis
• Kompüter bilikləri: MS Office
• Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri üzrə bilik və şəbəkə cihazları üzrə təcrübə
• Digər:
Analitik biliklər
Detal yönümlü və diqqətli olmaq
Ən yaxşı təhlükəsizlik təcrübələri (NIST, ISO 27000X, PCI DSS) üzrə biliklər

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.11.2021 tarixinədək [email protected] ünvanına başlıqda “İnformasiya təhlükəsizliyi üzrə Mütəxəssis”və ya “Information Security Specialist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram