İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis | Banco.az

İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əsas vəzifə və öhdəliklər:
 

  • Şəbəkə, kompüter sistemləri, və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və hesabatın hazırlanması;
  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların müvafiq sistemə daxil olmasına və səlahiyyətlərinə nəzarət edilməsi;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək;
  • İnfrastruktur üzrə olan monitorinq sistemlərinə və hadisələrin qeydiyyat jurnallarına daimi nəzarət etmək;
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş sistemlərin gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;
  • Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə olması;
  • Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
  • Təhlükəsizliyin təmin edilməsi əsas sistemlərinin iş prinsiplərini bilmək;
  • Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • Java, C#, Python, Javascript, proqramlaşdırma dillərini bilmək arzuolunandır;
  • OWASP metodologiyası, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır;
  • Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Müvafiq situasiyalarda səbirli və soyuqqanlı davranmaq.
     

TƏCRÜBƏ

  • İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
     

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“PAŞA Sığorta” ASC