İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi | Banco.az
Bank Respublika

İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank Respublika” ASC «İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi» vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, 800-ə yaxın əməkdaş çalışmaqdadır.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına müraciət edə bilərsiniz.

Ümumi vəzifə öhdəlikləri:

• Mövcud “Firewall”-ların administrasiyası;
• IPS sistemlərinin administrasiyası;
• 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi;
• E-mail təhlükəsizliyi sisteminin administrasiyası;
• Şəbəkə və “Application” üzrə monitorinq sistemlərinin administrasiyası;
• VPN rabitəsinin qurulması;
• İnformasiya təhlükəsizliyinin texniki sahəsi üzrə digər işlərin görülməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi; 
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili arzuolunandır;
• Veb təhlükəsizlik (Web Application Firewall), AAA, RADIUS, TACACS+, Yeni nəsil “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, Müdaxilələrin qarşısının alınması sistemləri (IPS),   2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri,   VPN texnologiyaları üzrə bilik və səriştələr;
• İnformasiya təhlükəsizliyi üzrə standartlar haqqında biliklər (ISO/IEG 27001, NIST, PCI-DSS).

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.