İnformasiya Təhlükəsizliyi Departamentində Pentester | Banco.az
Bank Respublika

İnformasiya Təhlükəsizliyi Departamentində Pentester

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentində Pentester vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mütamadi olaraq “Penetration” testlərinin keçirilməsi;
  • Şəbəkə, server və proqram təminatlarının çatışmazlıqlarının aşkarlanması (vulnerability scanning);
  • Android, İOS və WEB tətbiqlərinin source code-larında çatışmazlıqların aşkar edilməsi;
  • Aşkar edilən boşluqlar və onların aradan qaldırılması üzrə hesabatların hazırlanması;
  • Boşluqların aradan qaldırılması üzrə İT heyəti ilə birgə işləmək;
  • Mütəmadi olaraq yeni hücum vektorları və zero-day boşluqları üzrə araşdırmaların aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • OWASP Top 10 üzrə biliklər;
  • Web tətbiqlərdə təhlükəsizlik boşluqlarının aşkarlanması (XSS, CSRF, SQLi, IDOR, Session management issues, etc.);
  • Şəbəkə və Mobil tətbiqlərin təhlükəsizliyi üzrə biliklər;
  • “Scripting” tipli dillər üzrə biliklər;
  • Windows, Active Directory və Unix/Linux təhlükəsizliyi üzrə biliklər;
  • Penetration Testing alətləri: Nmap, Burp, Metasploit, Fuzzing tools, SonarQube, Nessus, OWASP Zap və s. üzrə biliklər;
  • Dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pentester qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram