İctimaiyyət ilə Əlaqələr üzrə İşçi | Banco.az
FINCA Azerbaijan

İctimaiyyət ilə Əlaqələr üzrə İşçi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” İctimaiyyət ilə Əlaqələr üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir. İctimaiyyət ilə Əlaqələr üzrə İşçi ictimaiyyət ilə əlaqələr sisteminin təkmilləşdirilməsi, xəbər agentlikləri və media ilə əlaqələrin qurulması, mətbuat açıqlamalarının hazırlanması və yayılması, tədbirlərin təşkil edilməsi və digər işlərin yerinə yetirilməsinə cavabdeh olacaqdır. Tələb olunan namizədin Azərbaycanda marketinq sahəsi üzrə müəyyən təcrübəsi və biliyi olmalıdır.

İctimaiyyət ilə Əlaqələr üzrə İşçinin öhdəlikləri aşağıdakılardır:

  • “FINCA Azerbaijan”-ın İctimaiyyət ilə Əlaqələr sisteminin təkmilləşdirilməsi üçün tədqiqatların aparılması;
  • Bütün növ media və İctimaiyyət lə Əlaqələr vasitələrindən istifadə etmək üçün bu xidmətləri göstərən üçüncü tərəf kompaniyalarla əlaqə saxlamaq və işgüzar əlaqələr qurmaq;
  • KİV-in “FINCA Azerbaijan”-a, rəqiblərə və mikro maliyyə sektoruna dair qeydlərini izləmək və əldə olunan məlumatlar haqqında rəhbərliyə müntəzəm hesabatlar hazırlamaq;
  • Mühüm KİV-lərlə əlaqələr qurmaq, reklam xarakterli məlumatlar hazırlamaq və yayınlanmasını kordinasiya etmək. Bilbordlar, plakatlar, broşuralar, eyni zamanda televiziya və radio reklamları daxil olmaqla, reklam və marketinq materiallarının dizaynı, hazırlanması və yayınlanmasını təmin etmək;
  • “FINCA Azerbaijan”-ın fəaliyyəti barəsində məlumatlar, yeniliklər və xəbərlərdən ibarət mütəmadi press-relizlər hazırlamaq;
  • Müştərilər və başqa mövzularda məqalələr, uğur hekayələri yazaraq, qəzetlərdə, jurnallarda, internet səhifələrində və digər kütləvi vasitələrdə yerləşdirmək.

Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  • İctimaiyyət ilə Əlaqələr, marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə üzrə ali təhsil;
  • İctimaiyyət ilə Əlaqələr, media və ya aidiyyatı sahə üzrə təcrübə və bu sahədə işləməyə, öyrənməyə yüksək həvəs;
  • Media və İctimaiyyət ilə Əlaqələr sahəsində Azərbaycandakı mövcud vəziyyətdən xəbərdar olmaq, bu sahədə xidmət göstərən qurumları tanımaq;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
  • Mükəmməl danışıqlar aparmaq, məqalə yazmaq, redaktə etmək və təşkilati bacarıqlar;
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda üzvlüyü;
  • Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək mümkünlüyü;
  • MS Office və dizayn proqramlarında iş təcrübəsi.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 04 Aprel 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№167/14) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə.
Faks: (012) 596 33 87

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.FINCAazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.