İcra işləri üzrə hüquqşünas (mütəxəssis) | Banco.az

İcra işləri üzrə hüquqşünas (mütəxəssis)

Vakansiya haqqında məlumat: 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə "BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • İcra işləri üzrə hüquqşünas və ya mütəxəssis (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi)
  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
  • Öz bacarıqları daxilində PKİ Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
  • İcra İşləri Şöbəsinin Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
  • Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali hüquqi təhsili olan müvafiq iş sahəsində 2-3 il iş təcrübəsi olmalı və yaxud Ali hüquqi təhsili olmayan məhkəmə qərarlarının icrası sahəsində və ya İcra Şöbələrində 3 il iş təcrübəsi olmalı
  • AR Mülkü məcəlləsini bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
  • Kollektivdə işləmə qabiliyyəti olmalı
  • Müqavilələrlə işləmə bacarığı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
  • Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)

Sizə nə təklif edirik?

  1. Əlverişli iş mühitində çalışmaq imkanı;
  2. Karyera və inkişaf perspektivləri.
  3. Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  4. Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  5. Əmək haqqı – 600-700  azn (+bonus)
  6. Əmək müqaviləsi.
    • İş qrafiki-tam
    • İstirahət günü-həftədə 2 gün
    • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Telefon: (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

Məvacib: 
700
Şirkət: 
BOA Agency

Ən sərfəli krediti almaq üçün müraciət et