Hüquqşünas
Vəzifə öhdəlikləri:
- İqtisadi qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək;
- Mərkəzin hüquqi xarakterli sənədlərini hazırlanmaq və rəsmiləşdirmək;
- Mərkəzin hüquqi sənədlərinin hazırlanmasında qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəy vermək;
- Departamentlərin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
- Məhkəmələrin və digər dövlət orqanlarının Mərkəzin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsini təmin etmək;
- Mərkəzin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, təşkilat daxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
- Mərkəzin məhkəmədə təmsil edilməsi, irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
- Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanmasında iştirak etmək;
- Mərkəzə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
- Dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Mərkəzdə hüquqi sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq.
Təhsil və ixtisas tələbləri: Hüquqşünas ixtisası üzrə ən azı magistr səviyyəsində təhsil ( elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə,
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: qanunvericilik aktlarının hazırlanması, habelə, korporativ və müqavilələr hüququ üzrə təcrübəyə malik olmaq, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2023-cü il 12 mart tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiyanın adı” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!