Beynəlxalq Bank
Hüquqşünas
Vakansiya haqqında məlumat:
ABB Məhkəmə ilə iş və icra şöbəsinə Hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;
- İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Məhkəmə proseslərində Bankı təmsil etmək;
- Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilli;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
- MS Office yüksək səviyyədə iş bacarığı olan;
- Hüquq sahəsində 1-3 il iş təcrübəsi olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!