Hüquqşünas | Banco.az
ABB

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Hüquq Departamenti Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə Hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə Departamentin direktoru və şöbə müdiri  tərəfindən göndərilmiş məktublara və digər sənədlərə qanunvericiliyə və bankdaxili qaydalara müvafiq olaraq baxmaq və tələb olunduğu halda cavablar hazırlamaq;
  • Banka daxil olan icra sənədlərinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Bankın fəaliyyətində qarşıya çıxan hüquq məsələlərini nəzərdən keçirmək və onların barəsində hüquqi rəyin verilməsi üçün tapşırıqları yerinə yetirmək;
  • Bankı məhkəmə və digər dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək, hüquq və mənafelərinin qorunması, işin müvəffəqiyyətlə həll edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətləri yerinə yetirmək;
  • Bankdaxili qaydalara uyğun olaraq, işinə dair hesabatlar hazırlamaq;
  • Məhkəmələr, dövlət orqanları, fiziki və hüquqi şəxslərlə yazışmaları həyata keçirmək, yaranmış mübahisələrin məhkəmədənkənar həlli ilə bağlı müraciətlərə baxmaq və cavab məktublarını hazırlamaq;
  • Şöbənin fəaliyyət sahəsinə aid digər tapşırıqları yerinə yetirmək.

Vakant vəzifə üzrə tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı.

Davranış səriştələri:

  • Ünsiyyət bacarığı;
  • Detallara diqqət;
  • İnduktiv və analitiki təhlil;
  • Komandada işləmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et