Hüquqşünas | Banco.az
NBC Bank

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Tələblər:

- Ali hüquqi təhsil 
- 3 il iş təcrübəsi 
- Azərbaycan Respublikasının Bank Qanunvericiliyi bilgiləri 
- Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə bilgilər 
- Kompüter proqramlarında işləmə bacarığı 
- Analitik düşünmə qabiliyyəti

Əsas iş funksiyaları:

1.Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;  
2. Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi; 
3. Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
4. Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədlərin hazırlanması; 
5. Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
6. Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması; 
7. Protokolların aparılması, hazırlanması;  
8. Problemli kredit statusu daşıyan işlərin məhkəmədənkənar həlli və bununla bağlı problemli müştərilərlə görüşlərin təşkili; 
9. Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi; 
10. Məhkəmədə və digər orqanlarda Bankın adından çıxış edilməsi;  
11.Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Əmək haqqı – 1000 AZN

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə
Email: [email protected]
Telefon (012) 566 46 46 ;    932  218

Ən sərfəli krediti almaq üçün müraciət et