Hüquq departamentinin Rəhbəri
Vəzifəsinin adı: Hüquq departamentinin Rəhbəri
Təhsil: Ali
İş təcrübəsi: 3-5 il arası
Vəzifənin məqsədi
Şirkətin Nizamnamə və bütün siyasət, qayda, proseduralarının tələblərini yerinə yetirmək;
Əmək fəaliyyətini Şirkətin əməkdaşları ilə, o cümlədən filialların müdirləri, kredit işçiləri və s. əməkdaşları ilə qarşılıqlı surətdə (məlumat almaq, sənədləri tələb etmək, izahatlar tələb etmək və s.) həyata keçirmək;
Şirkətin daxili qaydalarının hazırlamaq, idarə orqanlarının qərarlarını, əmrlərini, sərəncamlarını, göstərişlərini, protokollarını və sair daxili sənədrlənin layihələrini hazırlamaq, vizalamaq və imzalamaq üçün müvafiq səlahiyyətli şəxslərə təqdim etmək;
Filiallar üzrə Şirkət daxili prosedur qaydalarla müəyyən edilmiş limitlər həddində kredit buraxılışı üçün sənədləri yoxlamaq və viza vermək, girov (ipoteka) əmlakların dövlət qeydiyyatı, bununla bağlı müqavilələrin notarial təsdiqi işlərini keyfiyyətli şəkildə və qanununun tələblərinə uyğun qaydada icra etmək;
Şirkətin müvafiq kollegial orqanlarının iclaslarında iştirak etmək və müzakirə olunan məsələlər haqqında hüquqi rəyini bildirmək;
Filiallar üzrə ödənişlərini gecikdirmə günləri 30 gündən artıq təşkil edən müştərilərin ödənişlərinin təmin olunması üçün zəruri hüquqi addımların həyata keçirilməsin təmin etmək;
Məhkəmə mübahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək, iddia ərizələri tərtib etmək və məhkəməyə təqdim etmək, məhkəmə proseslərində iştirak etmək, məhkəmə reestrini tərtib etmək və zəruri dəyişiklikləri vaxtlı-vaxtında daxil etmək, regionlarda nəzərdə tutulan məhkəmə prosesləri barədə müvafiq hüquqşünaslara və ya sair şəxslərə məhkəmədə iştirak etmələrinin təmin edilməsi üçün məlumat vermək və prosesi izləmək;
Filiallar üzrə Şirkətin xeyrinə qəbul edilmiş məhkəmə aktlarının qanunla müəyyən olunmuş müddətlərdə icrasına nəzarət etmək, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsini izləmək, həmçinin bu sahədə qanunla müəyyən olunmuş digər hüquqi tədbirləri yerinə yetirmək, bu cür işlərin uçotunu aparmaq;
Filiallar üzrə müştərilərdən daxil olan şikayətləri araşdırmaq, araşdırma zamanı zəruri sənədləşmə işlərinin aparmaq və nəticəsi barədə Şöbəsinin müdirinə yazılı məlumat vermək;
Təhkimçiliyində olan işçilərin işinə nəzarət etmək, barələrində təqdimat vermək.
Əmək fəaliyyəti ilə əlaqədar rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Əlavə tələblər: (dillər, kompüter proqramları) Microsoft Word və Excel-də işləmə bacarığı, Microsoft Outlook
Professional keyfiyyətlər
Baş ofisin şöbələri və filiallar ilə qarşılıqlı ünsiyyət qurmaq bacarığı;
Layihələr ilə işləmək və vaxtı idarə etmək bacarığı;
Komandada işləmək və müsbət iş mühitini qorumaq bacarığı;
Problemlərin həlli yollarını axtarmaq bacarığı.
Şəxsi keyfiyyətlər: Dürüstlük, Dəqiqlik, Şəffaflıq.
Əlavə VACİB:
CV-nizi təqdim edən zaman müraciət etdiyiniz müvafiq vəzifəni qeyd edin. Email ünvanı: [email protected]