Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi/mütəxəssis | Banco.az
Expressbank

Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi/mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Təcili pul köçürmələri, Hökümət Ödəniş Portalı (HÖP) və Ödəniş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil etmək;
  • Ödəniş terminalları üzrə ay ərzində aparılan bütün əməliyyatlar üzrə partnyorlar ilə üzləşmə sənədlərini və aktlarını hazırlamaq və təqdim etmək;
  • Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarəti təmin etmək; 
  • Şöbə fəaliyyətindən və vəzifəsindən irəli gələn müvafiq hesabatları hazırlamaq və şöbə müdirinə təqdim etmək;
  • Bankın digər struktur bölmələrindən müştəri əməliyyatlarına dair daxil olan sorğuların cavablandırmaq və dəstək göstərmək.

Tələblər

  • Təhsil: Ali;
  • Dillər: Azərbaycan (əla), Rus və İngilis dili (yaxşı səviyyədə);
  • Microsoft Word və Excel üzrə biliklər;
  • Müvafiq sahə üzrə biliklər arzuolunandır.

 

Müraciət üçün daxil olun