Azər Türk Bank
Hesablaşmalar Departamentinin Müxbir əlaqələr şöbəsinin rəisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Yeni partnyorların cəlb edilməsi üzrə araşdırmaların aparılması, banklarla müxbir əlaqələrin qurulmasının təşkili;
- Müxbir hesabların açılması və aparılması;
- Nostro hesabların açılması üçün zəruri sənədlər toplusunun hazırlanması;
- Loro hesabların açılması üçün təqdim olunmuş sənədlər toplusunun qəbulu və yoxlanılması;
- Loro banklara təqdim olunan məhsullar üzrə yeni təkliflərin verilməsi;
- Müxbir banklardan daxil olan sorğuların cavablandırılması.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri yüksək səviyyədə olmalı;
- Bankda sahə üzrə (hesablaşmalar, müxbir hesablar, maliyyə institutları, beynəlxalq əlaqələr və s.) 3 ildən az olmayan iş təcrübəsi;
- MS Office proqramları üzrə biliklər (Word, Excel və s.);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət qurmaq bacarığı;
- Təhlil və qərar vermə, öyrənmə və öyrətmə bacarıqları.
Müraciət üçün daxil olun