Helpdesk | Banco.az
ABB

Helpdesk

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Helpdesk  vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Kompüter avadanlıqlarının sazlanması və quraşdırılması;
  • Proqram təminatlarının quraşdırılması və sazlanması;
  • Bank sistemlərində yaranan problemlərin həll edilməsi;
  • Bakı və region filiallarında İT layihələr çərçivəsində işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • İT istiqanəti üzrə ali təhsil;
  • Kompüterlərin, printerlərin və sair ofis avadanlıqlarının proqram təminatı səviyyəsində bərpa etmək qabiliyyəti;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəni uğurlu keçdiyiniz təqdirdə bankda işəqəbul imkanı.

 Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Helpdesk” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et