Help Desk | Banco.az
PAŞA Bank

Help Desk

Vakansiya haqqında məlumat: 

 

"PASHA Bank" ASC İlkin Texniki Dəstək üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

Bütün sorğuları qeydiyyata alaraq yüksək səviyyədə xidmət göstərmək.

Vəzifə Öhdəliyi:

- Bütün müştəri sorğuları üçün birinci əlaqəli şəxs olmaq.
- Telefon vasitəsilə texniki dəstək mərkəzinə daxil olan bütün iş ilə bağlı sorğuların qeydiyyatını aparmaq.
- Gündəlik müştəri şikayətlərini (hesabın açılması/parolların yenidən quraşdırılması)/sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək.
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək.
- Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhət vermək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Xarici dil (arzuolunan): İngilis dili, Rus dili;
• Kompüter bilikləri: Microsoft OS və Office;
• Məhsul biliyi: Texniki dəstək sistemi;
• Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
• Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.10.2020-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Help Desk” yazaraq göndərmələri xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et