Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda vakant yerlər elan edir.
Həkim-koordinator işinə dair
Tələblər:
- İcbari tibbi sığorta növü üzrə xidməti həyata keçirəcək tibb müəssisələrinin araşdırılması və müqavilələrin imzalanması üçün tələb olunan prosedurların həyata keçirilməsi;
- Əhalinin tibbi xidmətlərə ehtiyacının qiymətləndirilməsi məqsədilə sorğuların işlənib hazırlanmasının və keçirilməsinin koordinasiya edilməsi;
- Tibb müəssisələrində standartlaşdırılmış hesabat və məlumatların toplanması sisteminin işlənib hazırlanması;
- Səhiyyə ixtisası istiqaməti üzrə ali təhsil.
Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə [email protected] ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006
Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.