Full-Stack Mühəndis/Aparıcı mühəndis | Banco.az
ABB

Full-Stack Mühəndis/Aparıcı mühəndis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Full-Stack Mühəndis/Aparıcı mühəndis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Rəqəmsal innovasiyalar komandasına qoşulmağın üstünlükləri:

  • Mobil tətbiq, İnternet Bankçılıq və Bankın rəqəmsal məhsullarının yaradılmasında rol almaq;
  • Mikroservis arxitekturası və “DevOps” metodologiyasından istifadə edilməsi;
  • Proqram təminatlarının hazırlanması prosesində ən qabaqcıl metodologiyalardan hesab edilən “Agile Scrum” – ın tətbiq edilməsi

Görəcəyiniz işlər:

  • Məhsul və dizaynla birlikdə rəqəmsal məhsulların yaradılması, çevik komandada işləmək;
  • Müştərilərə və işçilərə xidmətin keyfiyyətini artıran, yaradıcı və effektiv həllərin sürətli inkişafı üçün çevik mühəndislik təcrübəsindən, proqram təminatının və veb-saytların işlənib hazırlanmasının müxtəlif texnologiyalarından istifadə etmək;
  • İstifadəçilərin aydın tələblərini, prototipləri və məhsulları üçün vəzifələri və dizayn testlərini yaratmaq və məhsulu daim inkişaf etdirmək;
  • Layihə rəhbərləri və dizaynerlər ilə sıx əməkdaşlıq etmək

Bizim üçün ideal namizəd:

  • Java Spring, Node kimi müasir proqramlaşdırma dili, JS, Ruby On Rails, C, C++, Python ilə əla proqlamlaşdırma bacarığına sahib olan;
  • HTML/ CSS, və müasir Javascript texnologiyalarında ReactJS, AngularJS, EmberJS, Vue.js bu və s. təcrübəyə malik olan;
  • SQL və Postgres, MySQL, MongoDB kimi ümumi verilənlər bazası texnologiyaları sahəsində təcrübəsi olan;
  • Öyrənmək və inkişaf üçün daimi istək nümayiş etdirən;
  • Mikroservislər üçün şablon konsepsiyalar və variantlar ilə tanış olan;
  • Proqram inkişafı sahəsində ən azı 2 il Agile iş təcrübəsinə malik olan;
  • DevOps, Docker və infrastruktur sahəsində təcrübəsi olan;
  • Mocha JS, RSpec kimi ən azı bir modul test platforması ilə təcrübəyə malik olan

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  13 mart 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et