Front–end Proqramçı | Banco.az
ABB

Front–end Proqramçı

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Front–end  Proqramçı vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Ən yaxşı təcrübəyə əsaslanaraq müasir texnologiyalardan funksional veb tətbiqlərin hazırlanması;
  • Back-end proqramçı ilə sıx əməkdaşlıq və APİ – lərdən istifadə;
  • Unit, inteqrasiya və funksional testlərin yazılması;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;

Bizim üçün ideal namizəd:

  • Müasir JavaScript framework –lər və kitabxanalar ( Angular 2+, Rect JS) üzrə ən azı 2 il iş təcrübəsi olan;
  • HTML, CSS (Sass), JavaScript, Jquery, EcmaScript 6, veb təhlükəsizlik üzrə bilikləri olan;
  • Dizayn proqramları (Photoshop, Figma, Sketch) üzrə iş təcrübəsi olan;
  • Git, Github, GitLab üzrə iş təcrübəsi olan;
  • Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin bilikləri olan;
  • Obyekt yönümlü proqramlaşdırma üzrə bilikləri olan;
  •  “Agile Scrum” metodologiyası üzrə bilikləri olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  26.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Front–end Proqramçı göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et