Filial müdirinin müavini (Kiçik və Orta Biznes kreditləri üzrə) | Banco.az
Azər Türk Bank

Filial müdirinin müavini (Kiçik və Orta Biznes kreditləri üzrə)

Vakansiya haqqında məlumat: 

Təsvir

Vakansiya Bakı şəhəri üzrə nəzərdə tutulmuşdur.

  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
  • Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri məlumatlandırmaq;
  • Aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeliyindəki əməkdaşlara istiqamət vermək;
  • Filialda KOB subyektlərinə kreditlərin verilməsi üçün ilkin qərarlarda iştirak etmək;
  • Satış üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
  • Mərkəzi Bank və dövlət qurumları tərəfindən daxil olan və digər aidiyyatı sorğuları koordinasiya etmək;
  • Satışın təşkili bölməsinin rəhbəri və filial müdiri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
  • Vəzifəyə uyğun olaraq müvafiq sahədə 5 il iş təcrübəsi (minimum 2 il idarəetmə təcrübəsi);
  • Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Müştərilərlə yüksək ünsiyyət qurma və idarəetmə bacarığı.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et