Azər Türk Bank
Filial müdirinin müavini (Kiçik və Orta Biznes kreditləri üzrə)
Vakansiya haqqında məlumat:
Təsvir
Vakansiya Bakı şəhəri üzrə nəzərdə tutulmuşdur.
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
- Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri məlumatlandırmaq;
- Aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeliyindəki əməkdaşlara istiqamət vermək;
- Filialda KOB subyektlərinə kreditlərin verilməsi üçün ilkin qərarlarda iştirak etmək;
- Satış üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
- Mərkəzi Bank və dövlət qurumları tərəfindən daxil olan və digər aidiyyatı sorğuları koordinasiya etmək;
- Satışın təşkili bölməsinin rəhbəri və filial müdiri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Vəzifəyə uyğun olaraq müvafiq sahədə 5 il iş təcrübəsi (minimum 2 il idarəetmə təcrübəsi);
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Müştərilərlə yüksək ünsiyyət qurma və idarəetmə bacarığı.
Müraciət üçün daxil olun