Filial müdiri | Banco.az
AFB Bank

Filial müdiri

Vakansiya haqqında məlumat: 

 

Vəzifə: Filial müdiri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali İqtisadi təhsilin olması;

• Ən azı 5 (beş) il bank təcrübəsinin olması;

• Ən azı 2 il rəhbərlik təcrübəsi;

• İnzibatçı vəzifəsinə namizəd kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) xüsusi komissiyasından attestasiyadan keçmiş olmalı və yaxud buna hazırlıqlı olmalı;

• Vətəndaş qüsursuzluğuna malik olmalı;

• Biznesi inkişaf etdirmə bacarığı;

• Müştəri bazasını idarəetmə bacarığı;

• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;

• Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;

• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;

• MS Office-dən istifadə bacarığı.

 İŞİN TƏSVİRİ:

• Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərini məhsuldar şəkildə istiqamətləndirmək;

• Filialın  müştəri bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək, banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ  bank məhsullarının satışını təşkil etmək;

• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

• Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;

• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;

• Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət hesabatlarını incələyərək lazımı tədbirlər görmək;

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filial müdiri” qeydi edərək  [email protected]  elektron ünvanına göndərməyini xahiş edirik.