Filial Müdiri
“KREDAQRO” Bank Olmayan Kredit Təşkilatı ŞİMAL və QƏRB regionları üzrə FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifə və öhdəliklər:
Filialın işçi heyətinin idarə olunması;
Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün üzrə çalışmaq;
Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidətin göstərilməsinin təmin olunması;
Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil;
Bank və yaxud qeyri bank sektorunda azı 3 il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
MS Office proqramlarından gündəlik istifadə bacarığı;
Liderlik və təşkilatçılıq qabiliyyəti.
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına məktubun mövzu bölümündə vakansiyanın adını (Filial Müdiri) qeyd edərək göndərmələri xahiş olunur.