Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis | Banco.az
PAŞA Bank

Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis

İşiniz nədən ibarətdir?

  • Xarici və daxili müştərilərdən daxil olan zənglərin 24/7 cavablandırılması;
  • Bankın xidmətləri, məhsulları və tarifləri barədə müştərilərin məlumatlandırılması;
  • Daxil olan zənglər və sorğular əsasında bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
  • Hər hansı şikayət, təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olduqda qeydiyyatının düzgün kateqoriyalar üzrə aparılması, sorğunun qeydiyyatı “açıq” statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabların təqdim edilməsi;
  • Xüsusi məhsullarla bağlı satış məqsədilə məsləhət xidmətinin təqdim edilməsi;
  • Qeyri-iş saatlarında şübhəli əməliyyatların idarəedilməsi;
  • Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstək göstərilməsi;
  • Müxtəlif kanallar vasitəsilə (müştərilər üçün nəzərdə tutulmuş imeyl ünvanı, sosial şəbəkələrdən daxil olan sorğular və s.) daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarəedilməsi;        
  • Bankın bütün strukturlarına dəstəyin göstərilməsi, daxil olan sorğuların araşdırılması , gedən zənglər, sorğular, fırıldaqçılıq əməliyyatlarının yoxlanılması;
  • Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
  • Müvafiq proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
  • Məhsul, xidmət və kampaniyalar barədə məlumatların bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsənilməsi;
  • Müvafiq proqram vasitəsi ilə real vaxt rejimində bankın məhsul və xidmətlərində yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 31.08.2022-ci il tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Tələb edilən bilik, bacarıq və təcrübə

  • İqtisadiyyat və buna uyğun digər sahə üzrə Bakalavr təhsili
  • Müvafiq sahədə minimum 0-1 il
  • Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
  • Microsoft Office (excel, world)

Müraciət et!

Ən sərfəli krediti almaq üçün müraciət et