Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis | Banco.az

Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik. Öhdəliklər:

  • Bankın balansında olan əmlakın satışının təşkili;

  • Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi;

  • Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş;

  • Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi;

  • Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması. Tələblər:

  • Bankın dəyərlərinə uyğun davranış;

  • Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);

  • MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;

  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;

  • Məsuliyyət və stresə davamlılıq;

  • Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.

  • Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir. Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Satış_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank