Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis | Banco.az
ABB

Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Daxili nəzarət departamentinin Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Struktur bölmələrin və MXS-lərin fəaliyyətinin qiymətləndirilməsi üçün yerlərdə aparılan mütəmadi yoxlamalar və monitorinqlərdə iştirak etmək;
  • Müxtəlif məhsullar və strukturlar üzrə biznes proseslərin monitorinqi;
  • Filiallar üzrə kredit portfelinin təhlilinin aparılması problemli kreditlərin yaranma səbəblərinin araşdırılması;
  • Kreditləşmə üzrə limitlərə, məhsulların şərtlərinə riayət olunmasına nəzarət;
  • Struktur bölmələrin gündəlik kassa qalıqlarına daimi nəzarəti, zəruri hallarda yerlərdə yoxlamalarda iştirak etmək;            

                        

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Bank sektorunda audit, nəzarət sahələri üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ sənədləri ilə tanışlıq;
  • MS Office proqramları və eyni zamanda bank daxili proqramlar üzrə biliklər;
  • Analitik bacarıqlar, vaxtın idarəedilməsi və problemləri həll etmək bacarığı;
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq;

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 31may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Daxili nəzarət departamentinin Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et