Əməliyyatçı/Mühasib (Gəncə) | Banco.az

Əməliyyatçı/Mühasib (Gəncə)

Vakansiya haqqında məlumat: 

 

Əməliyyatçı/Mühasib (Gəncə)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Gəncə şəhərində yerləşən filialı üçün Əməliyyatçı/Mühasib vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
  • Kredit mütəxəssisləri tərəfindən təqdim olunan kredit sənədləri qovluğunda tələb olunan sənədlərin (Şəxsiyyət vəsiqələri, kredit sifarişi forması, sığorta təklif forması, Kredit Komitəsinin Protokolu və s.) mövcudluğunu yoxlamaq;
  • Müştərilər üçün hesabların açılması;
  • Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
  • Tələb olunan müqavilələrin hazırlanması;
  • Həvalə olunduğu təqdirdə filialın xəzinə əməliyyatlarını icra etmək;
  • Hesablarda yığılan vəsaitlərin və qayıdışlardan olan qalıqların məbləğinin yoxlanılması, onların müəyyən olunmuş limit məbləğinə çatdığı zaman vaxtında köçürülməsini təmin etmək və vəsaitləri düzgün idarə etmək;
  • Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
  • Kredit ödənişləri ilə bağlı müştərilərin qalıq borcları barədə məlumatların İnformasiya Bazasından əldə edilərək onların aidiyyatı şəxslərə ötürülməsini təmin etmək;
  • Filial tərəfindən həyata keçirilən əməliyyatların müvafiq İnformasiya Bazasına vaxtında və düzgün daxil edilməsinə nəzarət etmək;
  • Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
  • “KredAqro”nun filialında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsini, əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
  • Müvafiq sənədlərin, faksların qəbul etməsini və göndərməsini təmin etmək;
  • Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
  • Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
  • Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Yaşayış yeri: Gəncə ərazisi;
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Əməliyyatçı/Mühasib, Gəncə) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“KredAqro” BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et