Əməliyyatçi - xəzinədar (Masallı) | Banco.az

Əməliyyatçi - xəzinədar (Masallı)

Vakansiya haqqında məlumat: 

Vəzifə: Əməliyyatçi - xəzinədar (Masalli filiali)

İşin təsviri: 

  • Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərini təqdim olunmasi
  • Sürətli pul köçürmələri üzrə əməliyyatlarin rəsmiləşdirilməsi, əməliyyatlarin beynalxalq ödəniş sistemində icra olunmasi, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabat
  • Kreditlər üzrə borclarin,müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nağd qəbuli, balans proqraminda yiğimi
  • Pul köçürmələri üzrə əməliyyatlarin aparilmasi və həyata keçirilən əməliyyatin sistemdə icrasi
  • Cari, əmanət (depozit) hesabi açilmasi zamani müraciət edən müştəriyə tələb olunan sənədlərin siyahisini verilməsi, müştəridən hüquqi sənədlərin yoxlanilaraq qəbulu
  • Müştərilərə məlumat və məsləhət verilməsi, onlara bank məhsul və xidmətlərini reklam olunmasi
  • Hesablarinda olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişlərin qəbulu, yoxlanmasi və icra olunmasi
  • Müştərilərə bank hesablarin açilmasi
  • Müştərilərə carpaz satişlarin təqdim edilməsi

Namizədə qarşi tələblər:

  • Ali iqtisadi ve ya riyazi təhsil
  • Azərbaycan dilini mükəmməl  səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarilig kimi müsbət göstəricilərə malik olmali
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacariqlarina sahib olmali
  • Yüksək peşəkar etika və manəvi-əxlaqi keyfiyyətlərə malik olmali
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək insanlarin psixologiyasina bələd olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz Cv-lərini 6 may 2014-cü il tarixinədək [email protected] elektron ünvanina göndərə bilərlər.