Əməliyyatçı –xəzinədar | Banco.az

Əməliyyatçı –xəzinədar

Vakansiya haqqında məlumat: 

 

“Əməliyyatçı –xəzinədar” üçün tələblər:

Cins: Qadın

 Yaş həddi: 20-30 yaş

  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
  • İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
  • Azərbaycan dilində səlis danışıq bacarığı
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
  • Müştərilərə xəzinə xidməti göstərilməsi.
  • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
  • Mədaxil və məxaric sənədləri aparılması
  • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər şəkilli CVlərini (şəkilli cv mütləqdi)   [email protected]  ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Beyləqan). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
INTERNATIONAL BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et