Əməliyyat şöbəsinin mütəxəssisi(Şirvan filialı) | Banco.az
Azər Türk Bank

Əməliyyat şöbəsinin mütəxəssisi(Şirvan filialı)

Vakansiya haqqında məlumat: 

 

Əməliyyat şöbəsinin mütəxəssisi(Şirvan filialı)

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan dilində yüksək ünsiyyətqurma qabiliyyəti
  • Kollektiv tərkibində işləmək bacarığı
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
  • Peşəkarlıq, məsuliyyətlilik və diqqətlilik
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlar üzrə biliklər
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə öhdəlikləri

  • Hüquqi və fiziki şəxslərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
  • Bankın məhsul və xidmətləri barədə müştərilərə məlumatların verilməsi
  • Hüquqi və fiziki şəxslərə bank hesablarının açılması və hesablar üzrə əməliyyatların aparılması
  • Nağd vəsaitlərin qəbul edilməsi və verilməsi üzrə əməliyyatların aparılması
  • Kommunal, vergi, cərimə və digər ödənişlərin icrasını təmin etmək, konvertasiya əməliyyatları aparmaq
  • Müştərilərin hesablarına vergi, məhkəmə orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların reyestrini aparmaq, icrasını təşkil etmək
  • Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək
  • Sənədli əməliyyatların düzgün aparılmasını təmin etmək
  • İş gününün sonunda əməliyyatlar başa çatdıqdan sonra  müştərilərin hesablarının qalıqlarını yoxlamaq və sərəncamların reyestr ilə üzləşdirmək
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et