Bank Respublika
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
- Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
- Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
- Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
- Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
- Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
- Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
- MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
- Təşəbbüskarlıq və novatorluq;
- Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!