Əməliyyat bölməsinin baş əməliyyatçısı | Banco.az
AFB Bank

Əməliyyat bölməsinin baş əməliyyatçısı

Vakansiya haqqında məlumat: 

Vəzifə: Əməliyyat bölməsinin baş əməliyyatçısı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Ünsiyyət qurmaq bacarıqları;

• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;

• Müştərilər üçün hesablar açmaq, müqavilələr hazırlamaq;

• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;

• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;

• Bankda mövcud olan pul köçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;

• Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Əməliyyat bölməsinin baş əməliyyatçısı qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.