Ekvayrinq üzrə Mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

Ekvayrinq üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Mərkəzi Departamentinə
Plastik Kartlar Şöbəsi, Ekvayrinq üzrə Mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 il iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• POS-lara proqram təminatının yazılması, fiziki quraşdırılması və təhvil- təslim işinin fiziki və sənədlər üzərində icrası;
• POS-ların ayda bir dəfə monitorinqi-dövriyyə hesabatının hazırlanması, filiallara göndərilməsi və alınan cavab əsasında müvafiq tədbirlərin görülməsi, POS-un obyektdən çıxarılması, müştəriyə xəbərdarlıq edilməsi, müqavilə üzrə komissiyaların tutulmasına nəzarətin həyata keçirilməsi;
• POS-terminalların Online Risk Monitorinq proqramında gündəlik monitorinqi, terminalın fəaliyyətinin izlənilməsi, şübhəli, riskli əməliyyatların izlənilməsi və filiallara müvafiq məlumatların göndərilməsi və müvafiq tədbirlərin görülməsi, lazım gəldikdə xidmət / satış nöqtəsinə baxışın keçirilməsi;
• Müştərilərdən daxil olun sorğular - POS terminalın çalışmaması, kod tələb etməsi, şəbəkənin olmaması və s. məsələlərlə əlaqədar sorğulara baxılması, prosessinq mərkəzi ilə problemin aradan qaldırılması, obyektə yerində baxış keçirilməsi;
• Müştəri tərəfindən POS-terminalın qaytarılması/dəyişdirilməsi, ünvanının dəyişdirilməsi ilə əlaqədar POS-un fiziki yerdəyişməsinin həyata keçirilməsi;
• ATM-in çalışmaması hallarında ATM-ə yerində baxışın keçirilməsi və xətanın aradan qaldırılması;
• ATM tərəfindən saxlanılmış kartların ləğvi prosesinin icrası;
• Hazır Kartların filiallar üzrə bölgüsünün aparılması;
• Fərdi debet kart və əmək haqqı kart layihələri çərçivəsində müqavilələrin hazırlanması, sistem girişlərinin edilməsi, əmək haqqı kart layihələri çərçivəsində müqavilələrin imzalanması prosesinin icrası;
• Filiallardan daxil olmuş gündəlik sorğuların icrası (hesab xidmət qrupunun dəyişdirilməsi, PİN-kodun açılması, yenilənməsi, sms-bankinqə qoşulma, itirilmiş kartın bloklanması, əməliyyat limitlərinin dəyişdirilməsi və s.).

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 01-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində PLASTİK KART qeyd etməyiniz vacibdir.