Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
ABB

Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Korporativ görüşlərin təşkil olunması;
  • Korporativ təqdimatların həyata keçirilməsi;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb edilməsi;
  • Cəlb edilmiş müəssisələrə Bankın taksit,cash back və digər xidmətlərinin təklif edilməsi;
  • Mövcud partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Müxtəlif hesabatların hazırlanması.

 

Vakant vəzifə üzrə tələblər:

  • Alitəhsil;
  • Bankın pərakəndə məhsullarını tanımaq;
  • Təqdimat bacarığı;
  • Yaradıcılıq və innovativlik;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  bilikləri,
  • Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);

 

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini  15 noyabr 2019-cu il  tarixinədək [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə namizəd şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et