Bank of Baku
                        
                        
                    
                    
                    
                    Ekspert / Kommersiya Kreditləri Departamenti
Vakansiya haqqında məlumat: 
Əsas vəzifə və öhdəliklər
- Qarşısına qoyulan satış hədəflərinin yerinə yetirilməsi
 - Yeni müştərilərin axtarılması və cəlb olunması
 - Kredit alanın maliyyə durumu təhlilinin aparılması, təhlil cədvəllərinin hazırlanması və Kredit
 - Komitəsinə kredit işinin təqdimatı
 - Mövcüd kreditlər üzrə monitorinqin aparılması
 - Verilmiş kreditlərdə yaranan problemlərin həlli üçün tədbirlərin görülməsi
 - Üzərinə düşən məlumatların və hesabatların hazırlanması (maliyyə qurumları, investisiya fondları və sair üçün)
 - Bankın kommersiya kreditlərinin verilməsi üzrə prosedurun təkmilləşdirilməsində iştirak
 
Seçim meyarları
- Ali iqtisadi təhsil
 - Sahə üzrə 2 il iş təcrübəsi (iri və orta/kiçik kreditlərlə iş sahəsində)
 - Azərbaycan dili - əla, rus dili – orta
 - MS Office proqramları ilə işləmə bacarığı
 - Nəticəyə yönəliklik
 - Təzyiq altında işləmə bacarığı
 - Komanda şəklində işləmək bacarığı
 
İş şərtləri
- Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 - İş yeri: Baş Ofis
 
Müraciət üçün son tarix: 09/08/2016 
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Kommersiya Kreditləri sözünü qeyd etməyi unutmayın!
