Bank BTB
Dilinq şöbəsinin kiçik mütəxəssisi
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Xəzinədarlıq departamentinin Dilinq şöbəsinin kiçik mütəxəssisi üzrə işə qəbul elan edir.
İşləmək arzusunda olan, öyrənməyə həvəsli, karyerasını Bankda qurmaq istəyən, praktiki biliklərini artırmağa maraqlı olan şəxslər aşağıdakı tələblərə uyğun olduğu təqdirdə vakansiyaya müraciət edə bilərlər.
Namizədə tələblər:
- Ali təhsili olan və ya hal-hazırda magistr təhsil alan (İqtisadiyyat, Maliyyə üzrə)
- İş təcrübəsi tələb olunmur
- Dil bilikləri: Rus dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.
Tələblərə uyğun olan namizədlər CV-ləri müraciət etdikləri vakansiya adını qeyd etməklə cv@btb.az mail ünvanına göndərə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!