DevOps üzrə mühəndis | Banco.az
ABB

DevOps üzrə mühəndis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin tətbiqi şöbəsinə DevOps üzrə mühəndis vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Komandalar arasında DevOps modelinin və CI/CD payplay-ın dizaynının tərtib olunması və tətbiqi;
  • Testlərin və monitorinqin avtomatlaşdırılması;
  • Tətbiqi və monitorinqi başa düşmək və düzgün tərtib etmək üçün developerlarla yaxından işləmək;
  • Prod və test mühitində yüksək mövcudluğun və yüksək miqyaslılığın təmin edilməsi;
  • İnfrastrukturda və ya tətbiqdə yaranan problemlərin araşdırılması və aradan qaldırılması;
  • Səmərəsiz həllərin qarşısını almaq üçün fikir və mülahizələrin irəli sürülməsi

Bizim üçün ideal namizəd:

  • DevOps üzrə 3 ildən çox iş təcrübəsi olan;
  • Terraform, Chef, Puppet, Ansible və s kimi alətləri ilə IaaS sahəsində mütəxəssis təcrübəsi olan;
  • CI/CD sahəsində mütəxəssis təcrübəsi olan;
  • Jenkins, Tekton, FastLane, GitLab, Helm, JenkinsX və s kimi alətləri ilə CI/CD sahəsində mütəxəssis təcrübəsi olan;
  • ArgoCD, FluxCD və s kimi alətləri ilə GitOps sahəsində mütəxəssis təcrübəsi olan;
  • Docker konteyner texnologiyalari sahəsində mütəxəssis təcrübəsi olan;
  • OpenShift və ya Kubernetes sahəsində mütəxəssis təcrübəsi olan;
  • vSphere-də infrastrukturun qurulması üzrə mütəxəssis təcrübəsi olan;
  • Prometheus, Datadog, Sysdig, Dynatrace, ELK və s. Kimi monitorinq alətlərinin qurulması üzrə mütəxəssis təcrübəsi olan;
  • Scrum və ya Kanban kimi Çevik metodologiyaların aydın şəkildə anlayan;
  • Mürəkkəb texniki konsepsiyalarla ünsiyyət qurmaq bacarığına malik;
  • Mürəkkəb məlumatları tez bir zamanda emal etmək və açıq və sadə şəkildə texniki olmayan insanlara təqdim etmək bacarığına malik;
  • İnnovativ həllərin effektiv təmin olunması sahəsində komandada işləmə bacarığına malik olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının DevOps üzrə mühəndis göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et