Vəzifə öhdəlikləri:
- yeni virtual maşınların (VM) tələblərə uyğun şəkildə konfiqurasiya edilməsi və mövcud virtual maşınlarda müvafiq sazlanmaların aparılması;
- mövcud problemlərin qiymətləndirilməsi və həmin problemlərinin həll olunması üçün proqramçılar ilə işlərin yerinə yetirilməsi;
- proqram təminatlarının yerləşdirməsində yaranan çətinliklərin müəyyənləşdirilməsi və həll edilməsi;
- istifadə edilən sistemlərin və mövcud layihələrin vəziyyətinin yoxlanması, nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, biznesin idarəedilməsi və ya müvafiq ixtisas üzrə).
Staja dair tələb: müvafiq sahədə ən azı 2 ildən çox təcrübə.
Kompüter biliklərinə dair tələblər:
- Linux əməliyyat sistemləri üzrə güclü biliklər;
- məlumat bazalarının idarə olunması üzrə baza bilikləri;
- avtomatlaşdırma tool-ları: Ansible, Jenkins və ya digərləri;
- şəbəkə sistemləri üzrə baza bilikləri (vacibdir);
- kubernetes cluster-lərinin idarə olunması üzrə biliklər;
- monitorinq vasitələri: Prometheus/Grafana, Sentry, ELK stack;
- konteynerləşdirmə və Docker texnologiyaları bilikləri;
- API Gateway kimi proseslərin qurulması üzrə təcrübə;
- mikroservis arxitekturasında işləyənlərə üstünlük veriləcək;
- Gitlab CI/CD;
- Nginx, Tomcat idarə etmə bacarığı;
- virtualizasiya tool-ları ilə iş bacarığı.
Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar:
Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 18 fevral tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.