SQL Developer | Banco.az

SQL Developer

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “SQL Developer” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • SQL tərtibatı;
  • Verilənlər bazasının normallaşdırılması;
  • SQL üzrə optimallaşdırma işləri;
  • Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
  • Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
  • Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll
  • yollarının təklifi;
  • Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.

Vəzifəyə tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
  • 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
  • SQL tərtibatı ilə iş;
  • SQL Server ilə rahat işləmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “SQL Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et