Dəstək Departamentində Şəbəkə administratoru | Banco.az
Bank Respublika

Dəstək Departamentində Şəbəkə administratoru

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə administratoru vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NG Firewall”-ların administrasiyası;
  • Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • WLAN, WAN, LAN şəbəkələrinin administrasiyası;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • Data center şəbəkəsinin administrasiyası;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası;
  • Şəbəkə avadanlıqların fiziki quraşdırlması və dəyişdirməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • WLAN, WAN, LAN şəbəkələri və VPN/Firewall kimi texnologiyalar haqqında biliklər və onların tətbiqi üzrə təcrübə;
  • AAA, RADIUS, TACAS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər və təcrübə;
  • BGP, EIGRP, OSPF, kimi marşrutlaşdırma protokolları haqqında biliklər və onların tətbiqi;
  • VPN, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • Data Center Switching haqqında bilik və təcrübə;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi üzrə təcrübə;
  • Monitorinq sistemi üzrə biliklər;
  • Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et