PAŞA Bank
                        
                        
                    
                    
                    
                    Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis
Vakansiya haqqında məlumat: 
Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis
PAŞA Bank namizədləri Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Daxili təhqiqatların aparılması, daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
 - Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin həyata keçirilməsi, aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi üzrə tövsiyələrin verilməsi;
 - Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətinin yoxlanılması, zəruri hallarda təhqiqatların aparması və hesabatın tərtib edilməsi;
 - Daxili təhqiqat prosesləri zamanı Bankın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
 - Dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodların hazırlanması;
 - Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılması, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflərin verilməsi;
 - Bankdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasına nəzarət;
 - Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması.
 
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr)
 - Təcrübə: 3-5 il bank təcrübəsi
 - Xarici dil: ingilis dili biliyi (səlis)
 - Kompüter bilikləri: "Microsoft Office" proqramları
 - Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
 - Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi
 - Lisenziya / sertifikat: CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir.
 
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
